Menyu

Belqorodda antiterror rejimi elan olunub

Belqorodda antiterror rejimi elan olunub

Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.

"Operativ Media" xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.

Hazırda üç yerli sakinin yaralandığı bildirilir. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.

Yerli mətbuat Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayır. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.

Teqlər:

"Belqorodda antiterror rejimi elan olunub"

Əlaqəli Xəbərlər