https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Avropa İttifaqı İrana qarşı 8-ci sanksiya paketini tətbiq edib

22 May 2023 , 21:44
Avropa İttifaqı İrana qarşı 8-ci sanksiya paketini tətbiq edib

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“İcazənizlə konkret qərardan - insan haqlarının pozulmasına görə İrana qarşı səkkizinci sanksiyalar paketinin tətbiqindən başlayım”, - deyə o, çıxışında bildirib.

Bazar ertəsi Aİ ölkədə insan haqlarının pozulmasına görə İrana qarşı sayca səkkizinci sanksiyalar paketini tətbiq edərək 5 nəfəri və 2 təşkilatı “qara siyahı”ya əlavə edib.

“Qara siyahı” ya salınmış bütün fiziki və hüquqi şəxslər ölkədə etirazların yatırılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəlidir.

OXŞAR XƏBƏRLƏR
Peruda ağcaqanadlarla mübarizə gücləndirilib

Peruda ağcaqanadlarla mübarizə gücləndirilib

Ukrayna ordusu şərq cəbhəsində irəliləyir

Ukrayna ordusu şərq cəbhəsində irəliləyir

Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib

Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib

XƏBƏR LENTİ
  • 09:34

    DİN: Ötən gün axtarışda olan 247 nəfər saxlanılıb
  • 09:29

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:25

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 08:59

    Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb
  • 08:32

    Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
  • 08:03

    Peruda ağcaqanadlarla mübarizə gücləndirilib
  • 07:45

    Ukrayna ordusu şərq cəbhəsində irəliləyir
  • 07:35

    Rumıniyada minlərlə həkim etiraz aksiyası keçirib
Menyu