İngiltərə 2-ci liqasında pley-off mərhələsinin finalına yüksələn"Şeffild Uensdey" klubunun hücumçusu Qriqri Li mövsümün son oyunu öncəsi məşqdə üzündən zədə aldığı üçün qoruyucu maska taxır.
"Operativ Media" xəbər verir ki, pley-off mərhələsinin yarımfinalında "Piterboro" komandasını məğlub etdikdən sonra azarkeşlərin meydana daxil olması ilə komandanın hücumçusu Qriqri Li üzündəki maskanı itirmişdi. Belə olan halda hücumçu finalda komandasına kömək edə bilməyəcəkdi. Klub rəsmi tviter hesabından bu haqda paylasım edərək, onlara kömək etmələrini istəyib.

Futbolçunun üz maskasını o həngamə içərisində azarkeşlərdən birinin atasının götürdüyü bəlli olur.

"Bəli onu mənim atam götürüb. Finaldan öncə onu sizə təqdim edəcəyəm".
Qeyd edək ki, maska Qriqoriyə təhvil verilib. Hücumçu maskanı götürən şəxsə imzalı formasını hədiyyə edib.






