https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

ETSN əməkdaşlarına odlu silahla atəş açan şəxs barəsində cinayət işi açılıb

23 May 2023 , 12:07
ETSN əməkdaşlarına odlu silahla atəş açan şəxs barəsində cinayət işi açılıb

Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax Rayon Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
İsrail Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar

İsrail Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar

Fuad Muradov Koreya XİN və parlamentində görüşlər keçirib

Fuad Muradov Koreya XİN və parlamentində görüşlər keçirib

Tərtərdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb

Tərtərdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu