Azərbaycan Premyer Liqasının XXXV turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.
"Operativ Media" xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. Tovuz şəhər stadionunda baş tutan “Turan Tovuz” – “Səbail” oyununu (2:2) 3500 azarkeş tribunadan izləyib.
Ən aşağı göstərici isə Qəbələdə olub. “Kəpəz”in “Neftçi”yə uduzduğu görüşdə (1:3) tribunalarda 400 tamaşaçı yer alıb.
Turun oyunlarında ümumilikdə 6150 fanat olub.
Kəpəz – Neftçi (1:3) – 400 tamaşaçı
Qarabağ – Sumqayıt (1:2) – 600 tamaşaçı
Turan Tovuz – Səbail (2:2) – 3500 tamaşaçı
Şamaxı – Qəbələ (0:0) – 1200 tamaşaçı
Sabah – Zirə (0:0) – 450 tamaşaçı.






