TƏBİB: Şəkidə orta məktəbdə zəhərlənən şəxslərə zəruri tibbi xidmət göstərilir

Nərmin Qocamanlı
TƏBİB: Şəkidə orta məktəbdə zəhərlənən şəxslərə zəruri tibbi xidmət göstərilir

Şəki rayonunun Qudula kənd orta məktəbində zəhərlənmə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 27 nəfər (20 qadın, 7 kişi) TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Digər xəbərlər