"Tezliklə İstanbulda çox güclü zəlzələ olacaq".
"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Elmin üfüqləri" adlı tədbirin qonağı türkiyəli geoloq Cəlal Şengör bildirib.
"Təəssüf ki, bizim hökumətlər buna qarşı tədbirlər görmədiyi üçün bu zəlzələ tam bir fəlakət olacaq", - o, qeyd edib.
Onun sözlərinə görə, belə bir zəlzələ baş verdiyi halda ən azı bir milyon insan həyatını itirəcək.
Qeyd edək ki, "Operativ Media" tədbirin media tərəfdaşı olub.