Türkiyəli geoloq Azərbaycandakı seysmik ərazilərdən danışıb

Fərrux Qocamanlı
Baxış: 451
Türkiyəli geoloq Azərbaycandakı seysmik ərazilərdən danışıb

"Şimaldan Böyük Qafqaz, cənubdan isə Kiçik Qafqaz platformalarının Azərbaycanı sıxışdırması nəticəsində orta hissədə kilometrlərlə uzanan çökəkliklər yaranıb".

"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Elmin üfüqləri" adlı tədbirdə türkiyəli geoloq Cəlal Şengör bildirib. 

O, qeyd edib ki, söhbət Kür-Araz ovalığından gedir:

"Bu da son nəticədə çox böyük seysmik xəttin - zəlzələ xəttinin yaranmasına səbəb olub. O zəlzələ xətti təəssüf ki, Bakıdan keçir, Abşeronla davam edir və Xəzər dənizi vasitəsi ilə Türkmənistana qədər uzanır. Cənubda da Kiçik Qafqaz tektonik zonası var. Bu iki sistem Azərbaycanda çox böyük zəlzələlər yaradır". 

Qeyd edək ki, "Operativ Media" tədbirin media tərəfdaşı olub.

Digər xəbərlər