Menyu

Pentaqon Ukraynanın əks-hücumunda F-16-ların istifadəsi ilə bağlı açıqlama yayıb

Pentaqon Ukraynanın əks-hücumunda F-16-ların istifadəsi ilə bağlı açıqlama yayıb

F-16 qırıcıları Ukraynanın əks-hücumunda istifadə edilməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə deyib. “F-16-lara gəlincə, söhbət Ukraynaya uzunmüddətli dəstəkdən gedir, onlar əks-hücum üçün nəzərdə tutulmayıb”, - deyə Rayder söyləyib. O, qeyd edib ki, F-16-nın Kiyevə təhvil verilməsinin təfərrüatlarını, o cümlədən müddət, pilotların hazırlanacağı bazalar, təhvil verilən təyyarələrin sayı, eləcə də təchizatçı ölkələr məsələlərini ABŞ hələ də müttəfiqləri ilə müzakirə edir. “F-16-lar Ukrayna üzrə bu həftə keçiriləcək təmas qrupunun iclasında da müzakirə olunacaq”, - deyə Rayder vurğulayıb.

Teqlər:

"Pentaqon Ukraynanın əks-hücumunda F-16-ların istifadəsi ilə bağlı açıqlama yayıb"

Əlaqəli Xəbərlər