İspaniya Laliqası: "Barselona" səfərdə uduzdu
Əziz Əzizli
Bu gün İspaniya La Liqasında XXXVI tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. "Real Sosyedad" "Almeriya"nı məğlub edib, avrokuboklar üçün mübarizə aparan "Jirona" isə səfərdə "Selta" ilə heç-heçəyə razılaşıb.
Ötən turlardan çempionluğu təmin edən "Barselona" bu dəfə elitada qalmaq mübarizə aparan "Valyadolid"ə uduzub.
İspaniya La Liqası
XXXV tur
23 may
Selta - Jirona - 1:1
Qollar: K.Peres, 42 - K.Stuani, 59 (pen.)
Real Sosyedad - Almeriya - 1:0
Qol: T.Kubo, 45+4
Valyadolid - Barselona - 3:1
Qollar: A.Kristensen, 2 (avtoqol), K.Larin, 22 (pen.), Q.Plata, 73 - R.Levandovski, 84
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net