"Qalatasaray" mərakeşli futbolçunu transfer etmək istəyir

Əziz Əzizli
"Qalatasaray" mərakeşli futbolçunu transfer etmək istəyir

Mövsümün sonunda "Çelsi"dən ayrılacaq Hakim Ziyeç yenidən "Qalatasaray"ın gündəminə düşüb.

"Operativ Media" xəbər verir ki, "Qalatasaray"ın prezident müavini Erden Timur ara transfer dövründə Hakim Ziyeçi istədiklərini etiraf edib və transferin 3 dəqiqə ilə əldən qaçdığını bildirib.

"Sarı-qırmızılı" klubun futbolçunun vəziyyətini yaxından izlədiyi və mövsümün sonunda yeni gedişlər edə biləcəyi bildirilir.

Bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlər daxil 23 oyun keçirən və 921 dəqiqə meydanda olan Hakim Ziyeç 2 məhsuldar ötürmə ilə yadda qalıb.

30 yaşlı mərakeşli futbolçunun İngiltərə klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.

Digər xəbərlər