https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Qurban Qurbanov "Marsel"lə oyundakı hərəkətinə görə mükafatlandırılıb

24 May 2023 , 08:55
Qurban Qurbanov "Marsel"lə oyundakı hərəkətinə görə mükafatlandırılıb

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təqdimatına əsasən “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomuna layiq görülüb.

"Operativ Media" xəbər verir ki, Qurban Qurbanov bu şərəfə 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı dünyaya səs salan ədalətli jestinə görə layiq görülüb. Bu barədə AİJA-ya CIFP-dən məlumat verilib.

AİJA-nın məlumatı ilə baş məşqçinin anadan olmasının 50-ci ildönümündə də Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidentindən olduqca səmimi təbrik məktubu almışdı. İndi isə daha bir mötəbər mükafatın sahibi oldu.

Ötən ilin yekunlarına görə "Jean Borotra World Fair Play Career" mükafatına dünyadan cəmi 4 nəfər layiq görülüb – azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay.

OXŞAR XƏBƏRLƏR
Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO

Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO

"Sevilya" Avropa Liqasının qalibi oldu

"Sevilya" Avropa Liqasının qalibi oldu

Azərbaycan çempionatının ən bahalı futbolçusu bəlli oldu

Azərbaycan çempionatının ən bahalı futbolçusu bəlli oldu

XƏBƏR LENTİ
  • 10:21

    Qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdi üçün ərizə qəbulu tarixləri dəyişib
  • 10:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 10:16

    Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
  • 10:00

    "Sənin atan qəhrəmandır" adlı xeyiriyyə konserti baş tutub
  • 09:57

    Qeyri-sabit hava 3 iyunadək davam edəcək
  • 09:54

    DONDURMAFURSETLERİ.AZ AVTOMOBİL QAZANDIRIR!
  • 09:46

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 09:41

    Şirvanda çətənə yetişdirən köhnə məhkum saxlanılıb - FOTO
Menyu