Menyu

Qazaxıstan və Türkiyə gömrük nəzarəti prosedurlarını sadələşdirir

Nərmin Qocamanlı
Qazaxıstan və Türkiyə gömrük nəzarəti prosedurlarını sadələşdirir

Qazaxıstan və Türkiyə gömrük nəzarəti prosedurlarını sadələşdirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubayev bildirib.

Onun sözlərinə görə, Milli Məclis sazişin ratifikasiyasını təsdiqləyib, ona əsasən, mallar və nəqliyyat vasitələri haqqında elektron məlumat mübadiləsi yolu ilə nəzarət şərtləri azaldılacaq.

"Müqavilə təkcə biznes ictimaiyyətinin deyil, həm də digər vətəndaşların işinə müsbət təsir göstərəcək", - deyə maliyyə naziri qeyd edib.

Dəyişikliyə əsasən, fiziki şəxslər şəxsi istifadə üçün mal alıbsa, bəyannamə doldurmağa ehtiyac qalmayacaq.

Qeyd edək ki, Qazaxıstan və Türkiyə hökumətləri arasında informasiya mübadiləsinin təşkili və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi haqqında saziş ötən ilin mayında imzalanıb.

Teqlər:

"Qazaxıstan Türkiyə gömrük nəzarəti prosedurlarını sadələşdirir"

Əlaqəli Xəbərlər