"Fənərbağça" və "Qalatasaray" malili futbolçunu istəyir

Əziz Əzizli
"Fənərbağça" və "Qalatasaray" malili futbolçunu istəyir

Avropa və Super Liqada 2022-2023 mövsümünün son həftələrinə girərkən transfer söz-söhbətləri danışılmağa başlayıb.

"Operativ Media" Fransanın dünyaca məşhur  "L'Equipe" nəşrinə istinadən xəbər verir ki,  müqaviləsi bitmək üzrə olan "Renn"in 31 yaşlı kapitanı Hamari Traorenin "Fənərbaxça" və "Qalatasaray"ın siyahısında yer aldığını iddia edib. Oyunçunun bu iki komandadan  başqa çoxlu fərqli talibləri var.

Aprel ayında klubdan aldığı 2 illik müqavilə təklifini qəbul etməyən təcrübəli oyunçuya İstanbulun iki böyük klubu ilə yanaşı "Lyon", "Betis" və "Bayer"in də maraq göstərdiyi qeyd edilib.

Digər xəbərlər