Türkiyədə bir nəfərin evindən 50 ton zibil çıxarılıb - FOTO
Nərmin Qocamanlı
Türkiyənin Edirne şəhərində bir evdən 50 tona yaxın zibil çıxarılıb.
"Operativ Media"nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Şəhər bələdiyyəsinə yaşayış binasının ikinci mərtəbəsindəki mənzildən pis qoxuların yayılması ilə bağlı şikayət daxil olub.
Bələdiyyənin təmizlik işləri qrupları evə daxil olaraq otaqlarda uzun müddət saxlanmış yığın-yığın çürük ərzaq məhsulları, paltarlar, plastik butulkalar, qalay qutular, taxta materiallar, ev əşyaları, çanta və kağızlarla qarşılaşıblar.
Komandalar 50 tona yaxın zibil yığaraq maşınlara yükləyiblər. Zibildən təmizlənən ev qruplar tərəfindən dezinfeksiya edilib.
Teqlər:
"Türkiyədə bir nəfərin evindən 50 ton zibil çıxarılıb - FOTO"