“Netflix” hesab paylaşımını qadağan etdi
Bundan sonra müştərilər hesablarını evlərindən kənarda kiminləsə bölüşmək istəsələr, əlavə ödəniş etməli olacaqlar.
“Operativ Media”-nın xəbərinə görə, bu məlumatı “Netflix” istifadəçilərinə bildiriş olaraq göndərib. İlk olaraq platforma Böyük Britaniya və ABŞ da daxil olmaqla, böyük bazarlarda parol paylaşılması ilə bağlı artıq mübarizəyə başlayıb. Açıqlamaya görə abunəçilərin sayının kəskin azalması şirkəti bu addımı atmağa vadr edib.
Dünən Netflix Avstraliya, Braziliya, Fransa, Almaniya, Meksika və Sinqapur da daxil olmaqla 103 ölkədə və ərazidə müştərilərə hesabların paylaşılması haqqında elektron məktub göndərib. Məlumata görə indiyə qədər 100 milyondan çox izləyici parolunu paylaşıb.
Şirkət eyni hesabdan indi yalnız bir nəfərin istifadə edə biləcəyini bildirib.Netflix hesabını digər şəxslərlə paylaşmaq istəyənlərdən bunu üçün ayda əlavə olaraq 7,99 dollar ödəməli olacaqlar.Netflix-in dünya üzrə 233 milyon abunəçisi var.