Menyu

Zelenski İranlılara müraciət etdi

Redaksiya
Zelenski İranlılara müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski İran vətəndaşlarına müraciət edib.

"Operativ Media" xəbər verir ki, o açıqlamasında “Niyə Rusiyanın müharibə cinayətlərinə şərik çıxırsız və şər dövlətin tərəfindəsiniz?” – deyə soruşub. İranın “Şahed” pilotsuz uçuş aparatları barədə danışan Zelenski onların əksəriyyətinin vurulduğunu açıqlayıb. "İrandakı analar və atalar, ölkənizin pilotsuz təyyarəsi ukraynalı hamilə qadını evində əri ilə birlikdə öldürür, bu sizin nəyinizə lazımdır? Sizin “Şahed” tələbələrimizin yataqxanasını vuranda insanlar öldü, yanğın başladı, xilasedicilər hadisə yerinə çatdı. Bir neçə dəqiqə sonra ikinci “Şahed” onları vurur, başqalarının həyatını xilas edənlərin həyatını məhv edir. İranın bu cür həyasızcasına qətli nə üçündür?”

Teqlər:

"Zelenski İranlılara müraciət etdi"

Əlaqəli Xəbərlər