Ana səhifə / İdman / Türkiyə millisinin hücumçusu zədələndi - FOTO Türkiyə millisinin hücumçusu zədələndi - FOTO 25.05.2023, 09:13 Əziz Əzizli İspaniya La Liqasında "Xetafe" səfərdə "Selta Viqo"nu qəbul edib. Türkiyə millisinin hücumçusu Enes Ünal matçda böyük bədbəxtlik yaşayıb. "Operativ Media" xəbər verir ki, qarşılaşmaya ilk 11-likdə başlayan Enes Ünal matçın 7-ci dəqiqəsində uğursuz zədə alıb. Enes Ünal həkim müdaxiləsinə baxmayaraq oyunu davam etdirə bilməyib. Türk futbolçu meydanı göz yaşları içində tərk edib. Bu mövsüm "Xetafe" ilə La Liqa və Kral Kubokunda ümumilikdə 37 matça çıxan Enes Ünal 15 qol vurub, 5 məhsuldar ötürmə edib. Teqlər: "Türkiyə millisinin hücumçusu zədələndi - FOTO"