Andres İnyesta Yaponiya klubundan ayrılacaq

Əziz Əzizli
Andres İnyesta Yaponiya klubundan ayrılacaq

"Vissel Kobe" futbolçusu Andres İnyesta ilə yollarını ayıracaq.

"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi iyunun 1-də "Hokkaydo"ya qarşı keçiriləcək çempionat oyununda son matçına çıxacaq.

İnyesta 2018-ci ilin yayından Yaponiya klubunda çıxış edirdi. O, bu mövsüm 5 oyunda iştirak edib.

İnyesta 2002-2018-ci illərdə "Barselona"da forma geyinib.

Digər xəbərlər