28 Oktyabr 2022, 18:20
Rusiyada səfərbərlik başa çatıb
Rusiyada səfərbərlik başa çatıb şəkil
Rusiyada səfərbərlik başa çatıb

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkədə qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məruzə edib. 

"Operativ Media" xəbər verir ki, Şoyqu bildirib ki, cümə günü qismən səfərbərliyə çağırılan vətəndaşların yola salınması başa çatıb.

Bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul etməklə xidmətə qəbulu davam etdirəcəklər. Rusiya MN başçısının qeyd etdiyi kimi, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib, başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb. 

Şoyqu qeyd edib ki, səfərbər olunanların xüsusi əməliyyat zonasına göndərilməzdən əvvəl hazırlığına xüsusi diqqət yetirilir.

“82 min əsgər artıq cəbhəyə göndərilib. 218 min nəfər isə poliqonlarda təlim keçir”, - Şoyqu əlavə edib.

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı