David Silva mövsümü bitirdi

Əziz Əzizli
David Silva mövsümü bitirdi

"Real Sosyedad"ın yarımmüdafiəçisi David Silva bu mövsüm meydana çıxa bilməyəcək.

"Operativ Media" xəbər verir ki, 37 yaşlı oyunçu dizindən zədələnib. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Onun bərpası bir neçə həftəyə mümkün olacaq. Bu isə o deməkdir ki, Silva son 2 turda "Atletiko" və "Sevilya"ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcək. 

Cari mövsüm "Real Sosyedad" formasında 34 oyuna çıxına futbolçu 3 qol vurub, 7 qolun ötürməsini edib.

"Real Sosyedad" 36 turdan sonra 68 xalla 4-cü pillədədir.

Digər xəbərlər