Menyu

Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb

Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb
1 dəq oxu

Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb.

"Operativ Media" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksander Lukaşenko BELTA xəbər agentliyinə deyib: “Saxlama məkanlarının hazırlanması zəruri idi. Biz bunların hamısını etdik. Ona görə də nüvə silahlarının hərəkətinə başlanılıb.” – deyə Belarus lideri bildirib. Lukaşenko nüvə silahlarının Belarusda təhlükəsizliyinə söz verib: “Nüvə silahları ilə bağlı narahat olmayın. Buna görə biz məsuliyyət daşıyırıq. Bunlar ciddi məsələlərdir. Burada hər şey qaydasında olacaq”, - deyə Lukaşenko vurğulayıb.

Əlaqəli Xəbərlər