Menyu

İranın yeni raketi ABŞ-ı narahat edir

İranın yeni raketi ABŞ-ı narahat edir

İran maye yanacaqla işləyən Xürrəmşəhr-4 ballistik raketinin təqdimatını keçirib.

"Operativ Media" xəbər verir ki, tehranda keçirilən təbbirdə İranın müdafiə naziri General Məhəmməd Rza Aştiani raketin tezliklə hazır olacağını bildirib. Qeyd edilib ki, 1500 kiloqramlıq döyüş başlığı daşıyan raket 2 min kilometr məsafə qət edə bilir. Raketə 1980-ci illərdə İran-İraq müharibəsinin ən şiddətli döyüşlərinə səhnə olan Xürrəmşəhr şəhərinin adı verilib. ABŞ yeni raketin təqdimatını sərt tənqid edib, bunu regional və qlobal təhlükəsizlik üçün təhlükə adlandırıb.

Teqlər:

"İranın yeni raketi ABŞ-ı narahat edir"

Əlaqəli Xəbərlər