İranın SEPAH qüvvələri dilsiz-ağızsız heyvanlara işgəncə veriblər.
"Operativ Media" xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Tükürpədici hadisə Bane ərazisində baş verib. Bildirilir ki, mollar rejiminin silahlı qüvvələri Sistan və Bəlucistan əyalətində etnik bəlucları təqib edərək onlara atəş açıb, daha sonra bəluclara məxsus onlarla uzunqulaq və dəvələri güllələyiblər. Bununla da ürəyi soyumayan SEPAH qüvvələri heyvanları yandırıblar.