Alman zabitləri ilə strateji məsələlər üzrə görüş keçirilib

admin
Alman zabitləri ilə strateji məsələlər üzrə görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında “Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.

Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Digər xəbərlər