İnstqramda ən çox izləyicisi olan tanınmış şəxslərin siyahısı bəlli olub.
"Operativ Media" "Global İndex"ə istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo başçılıq edir. Ulduz futbolçunu İnstaqramda 585 milyon nəfər izləyir.
Siyahının 2-ci pilləsində 464 milyon izləyici olan Argentinalı futbolçu Lionel Messi gəlir.
İlk 3-lüyü aktyor Dvayn Conson tamamlayır. Amerikalı aktryorun 380 milyon izləyicisi var.
İlk 10-luq aşağıdakı kimidir.
1.🇵🇹 Kriştiano Ronaldo: 585 M
2.🇦🇷 Lionel Messi: 464 M
3.🇺🇲 Dvayn Conson: 380 M
4.🇮🇳 Virat Kohli: 250 M
5.🇧🇷 Neymar Jr: 208 M
6.🇺🇲 LeBron Ceyms: 153 M
7.🇫🇷 Kilyan Mbappe: 104 M
8.🇬🇧 Deyvid Bekhem: 79,3 M
9.🇧🇷 Ronaldinyo: 73,1 M
10.🇫🇷 Kərim Benzema: 70,2 M






