"Qarabağ" portuqaliyalı futbolçu ilə maraqlanır

Əziz Əzizli
"Qarabağ" portuqaliyalı futbolçu ilə maraqlanır

Portuqaliyanın "Tondela" klubunun futbolçusu Rafael Barbosa karyerasını Azərbaycanda davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, "Qarabağ" 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Diario de Transferencias" portalı məlumat yayıb.

Barbosa ilə "Qarabağ"la yanaşı Çin klubları da maraqlanır.

Portuqaliyalı futbolçunun "Tondela" ilə müqaviləsi mövsümün sonuna qədərdir. O, bu mövsüm 35 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçinin "transfermarkt"da dəyəri 500 min avrodur.

Digər xəbərlər