Azərbaycan Premyer Liqasında son tura start verilir

Əziz Əzizli
Azərbaycan Premyer Liqasında son tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" səfərdə "Sumqayıt"ın qonağı olacaq, "Qəbələ" isə azarkeşləri önündə "Kəpəz"in müqavimətini qırmağa çalışacaq.

Mövsümün həlledici oyunu Bayılda olacaq. "Səbail" evdə "Şamaxı" ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə uduzmasa, mövsümü 9-cu bitirəcək. "Şamaxı" isə sonuncu olmamaq üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30 Sumqayıt - Zirə

Sumqayıt şəhər stadionu

Əvvəlki oyunlar: 0:0, 0:2, 1:3

17:30 Qəbələ - Kəpəz

Qəbələ şəhər stadionu

Əvvəlki oyunlar: 3:0, 1:1, 2:2

20:00 Səbail - Şamaxı

"ASCO Arena"

Əvvəlki oyunlar: 1:1, 0:0, 1:2

Digər xəbərlər