"Qəbələ" Avroliqaya vəsiqəni təmin etdi
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start verilib.
"Operativ Media" xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" səfərdə "Sumqayıt"ı 3:0 hesabıyla məğlub edib. "Qəbələ" isə azarkeşləri önündə "Kəpəz"in müqavimətini qırmağa çalışıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Həm "Qəbələ", həm də "Zirə" çempionatı 50 xalla tamamlasa da, komandaların öz aralarında keçirdikləri oyunlarda "Qəbələ" üstün tərəf olub. Bununla da, "Qəbələ" çempionatı 4-cü pillədə başa vurmaqla, avrokuboka vəsiqə qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net