Menyu

"Bavariya" Almaniya çempionu oldu

Əziz Əzizli
"Bavariya" Almaniya çempionu oldu

“Bavariya” Almaniya Bundesliqasında ardıcıl 11-ci çempionluğunu qazanıb.

"Operativ Media"nın məlumatına görə, Münhen təmsilçisi XXXIV – sonuncu turda “Köln” üzərində 2:1 hesablı səfər qələbəsi əldə edərək, buna nail olub.

Dortmund “Borussiya”sının son turda “Maynts”la qarşılaşmada büdrəməsindən (2:2) lazımınca yararlanan Tomas Tuxelin rəhbərlik etdiyi “Bavariya” mövsümü 71 xalla zirvədə başa vuraraq, ümumilikdə 33-cü dəfə Almaniya çempionluğuna yiyələnib.

Qızıl medalları son anda əldən verən dortmundlular da mövsümü 71 xalla tamamlayıblar. Lakin həm şəxsi oyunlarda, həm də top fərqində “Bavariya”dan geri qalan “Borussiya” ikinci yerlə kifayətlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər