İranın bir sıra şəhərlərində insanlar ağır iqtisadi-sosial vəziyyətə və məmur özbaşınalığına qarşı etiraz aksiyaları keçirib.
"Operativ Media" xəbər verir ki, Kermanşah, İsfahan və Əhvaz şəhərlərində Sosial Təminat İdarəsinin qarşısında topalan pensiyaçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Güney Azərbaycanın Kəleybər şəhərində isə işçilər maaşlarının ödənilməməsi və onlarla əmək müqaviləsi bağlanmadığına görə etiraz aksiyası keçiriblər. İranda əlillər də etirazlara qoşulub. Onlar parlament binası önündə "Əlillər haqqında Qanun"un tələblərinin məmurlar tərəfində kobud şəkildə pozulmasından şikayət ediblər.