29 May 2023, 06:25
Bakıda taekvondo üzrə dünya çempionatı başlayır
Bakıda taekvondo üzrə dünya çempionatı başlayır şəkil
Bakıda taekvondo üzrə dünya çempionatı başlayır

Mayın 29-da başlayacaq və iyunun 4-dək qədər davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.

"Operativ Media" xəbər verir ki, nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq.

Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu