Menyu

FHN: Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin axtarışları davam etdirilir-VİDEO

FHN: Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin axtarışları davam etdirilir-VİDEO
1 dəq oxu

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

FHN-dən "Operativ Media"-ya verilən xəbərə görə, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Əlaqəli Xəbərlər