Azərbaycanlı gənc "Fantasy Premier League" oyununun qalibi oldu
Əziz Əzizli
İngiltərə çempionatının "Fantasy Premier League" oyununda mövsümün qalibi azərbaycanlı Əli Cahangirov olub.
"Operativ Media" xəbər verir ki, 11 milyon istifadəçinin qeydiyyatdan keçdiyi oyunda ən dəqiq proqnozlar verən o olub.
"Fantasy" virtual futbol oyunudur, 11 nəfərlik heyət seçərək real həyatda oyunçuların göstərdiyi performansa görə (qol, assist, quru oyun və s) xallar qazanılır.
Qalibə 1 həftəlik İngiltərə turu, çempionatın 1 oyununu VIP-dən izləmə şansı, Hublot saatı, noutbuk və başqa hədiyyələr təqdim olunacaq
Teqlər:
"Azərbaycanlı gənc \"Fantasy Premier League\" oyununun qalibi oldu"