Menyu

"Qarabağ" millinin üzvü ilə yolları ayırdı

Əziz Əzizli
"Qarabağ" millinin üzvü ilə yolları ayırdı
1 dəq oxu

 "Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, bu, milli komandamızın da futbolçusu Filip Ozobiçdir. Bu barədə Maksim Medvedev sosial şəbəkə hesabında paylaşım edib:

"Hər şey üçün təşəkkürlər. Səninlə birlikdə oynadığımız üçün çox xoşbəxtik. Sənə uğurlar arzulayıram".

Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Azərbaycan milli komandasının üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər