Menyu

Kosovodakı toqquşmalarda çoxlu sayda NATO hərbçisi yaralanıb

Kosovodakı toqquşmalarda çoxlu sayda NATO hərbçisi yaralanıb

Kosovonun şimalında etnik serblərlə toqquşmalarda NATO-nun Kosovodakı Beynəlxalq Missiyasının 20-dən çox üzvü yaralanıb.

"Operativ Media" xəbər verir ki, missiyanın italyan və macar kontingenti hücuma daha çox məruz qalıb. Onlara tibbi yardım göstərilib və hazırda həkim nəzarətindədirlər. Həmçinin toqquşmalar zamanı 75-dən çox etirazçı yaralanıb. Missiya rəhbərliyi NATO bölmələrinə əsassız hücumlar qəbuledilməz hesab edibvurğulanıb ki, NATO-nun Kosovodakı Beynəlxalq Missiyası öz mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək. Xatırladaq ki Kosovonun şimalında və Metohiyada NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri ilə serb nümayişçiləri arasında toqquşma olub. Serblər bələdiyyələrdən birinə etnik albaniyalının mer seçilməsinə etiraz edirlər.

Teqlər:

"Kosovodakı toqquşmalarda çoxlu sayda NATO hərbçisi yaralanıb"

Əlaqəli Xəbərlər