Renat Dadaşov son turda fərqləndi

Əziz Əzizli
Renat Dadaşov son turda fərqləndi

İsveçrə çempionatında 2022/2023 mövsümünün sonuncu - 36-cı turunun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, millimiz üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” bu turda səfərdə “Bazel”lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

"Bazel" - "Qrasshopper" - 3:1

Qollar: Males, 50 (1:0), Amdouni, 69 (2:0), Ndoye, 81 (3:0), Hers, 90+2 (3:1)

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard 77-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü komandasının vurduğu qolun ötürməsini edib.

36 turdan sonra 44 xal toplayan "Qrasshopper" çempionatı 10 komanda arasında 7-ci pillədə başa vurub.

Digər xəbərlər