"Operativ Media" xəbər verir ki, Muşda leysan selə səbəb olub. Qəfil sel 5 avtomobilə və onlarla evə ziyan vurub, körpünü uçurub. Əkin sahələri də təbii fəlakətdən ziyan çəkib. Paytaxt Ankarada da sel və dolu fəsadlar törədib. Yollar keçilməz olub. Onlarla sakin hündür yerlərə çıxaraq yardım gözləyib. Vətəndaşların xilas edilməsi üçün dövlətin əlaqədar qurumları səfərbər olub. Bunlardan əlavə Elazığ, Qars, Samsun və Antalyada da təbii fəlakətdən insanlar ziyan çəkib.