Şolts Zelenski ilə telefon danışığı aparıb
Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama yayıb.
Görüşdə Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyətin müzakirə edildiyini bildirib.
Vurğulanıb ki, Şolts danışıq zamanı Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukraynaya dəstəyini, o cümlədən hərbi dəstəyi davam etdirəcəyini qeyd edib.
İki lider konstruktiv məsləhətləşmələri davam etdirməyə və xüsusilə də sülh yolu ilə həllə ümumi dəstək məqsədilə sıx əlaqə saxlamağa razılaşıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net