"Turan Tovuz" iki legioneri ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bunlar nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu və Burkina Fasodan olan müdafiəçi Dao Ben Azizdir. Hər iki futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
"Turan Tovuz" bu futbolçuları mövsümün əvvəlində heyətinə qatmışdı. Ben Aziz Dao komandanın heyətində 9 Premyer Liqa matçında meydana çıxıb. Henri Okebuqvu isə "Turan Tovuz" forması ilə keçirdiyi 18 oyunda 1 qol vurub.






