Mahir Emreli oynadı, komandası məğlub oldu
Əziz Əzizli
Türkiyə Super Liqasının 36-cı turuna start verilib.
"Operativ Media"nın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Emreli də matçın iştirakçısı olub. O, oyuna start heyətdə başlasa da, 46-cı dəqiqədə əvəzlənib.
Xatırladaq ki, millimizin üzvünün “Konyaspor”la müqaviləsi mövsüm sonu başa çatır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net