Menyu

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına ölkədə fond yaradılıb.

"Operativ Media"-nın məlumatına görə, fondun qurucuları arasında Ərdoğanın övladları Bilal Ərdoğan, Esra Albayrak və Sümeyye Erdoğan Bayraktar da yer alıblar.

Fondun əsas məqsədləri arasında prezident Ərdoğanın şəxsi əşyalarının və səlahiyyət müddəti ərzində ona hədiyyə edilən əşyaların sərgilənəcəyi “Rəcəb Tayyib Ərdoğan Muzeyi” və cəmiyyətin təhsil səviyyəsini yüksəltmək üçün “Rəcəb Tayyib Ərdoğan Kitabxanası”nın yaradılması da var.

Bildirilib ki, fond tərəfindən elmi, mədəni və bədii proqramlar da təşkil edəcək.

Teqlər:

"Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb"

Əlaqəli Xəbərlər