Seneqallı müdafiəçi "Sabah"la vidalaşdı
Əziz Əzizli
Seneqallı müdafiəçi Abdulaye Ba “Sabah”dan ayrılıb.
"Operativ Media" xəbər verir ki, 32 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Ba sosial şəbəkə hesabında “Sabah”la vidalaşıb:
“Sabah”la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız”.
Müdafiəçi 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi. O, Premyer Liqada 2022/23 mövsümündə 22 oyunda 2 qolla yadda qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net