31 May 2023, 14:27
"Fənərbağça" xorvatiyalı hücumçunu transfer etmək istəyir

Gələn sezon heyətini gücləndirmək istəyən "Fənərbağça" "Trabzonspor"un da heyətinə qatmaq istədiyi Mislav Orşiç üçün komandasına rəsmi təklif göndərib.
''Operativ Media" xəbər verir ki, yanvarda "Dinamo Zaqreb"dən "Sauthempton"a 10 milyon avro qarşılığında transfer olan Orşiç yayda komandadan ayrılacaq.
Qış fasiləsində "Sauthempton"a transfer olan 30 yaşlı xorvatiyalı hücumçu İngiltərədə istədiyi oyunu sərgiləyə bilmədi. Mislav Orşiç bu mövsüm "Sauthempton" forması ilə 5 oyuna çıxsa da, assist və qol hesabını aça bilməyib.