Menyu

ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib

ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib

ABŞ-da Amazon şirkətinin işçiləri etiraz aksiyası keçirib.

"Operativ Media" xəbər verir ki, onlar əsasən şirkətin ətraf mühitə təsiri və son ixtisarlara qarşı şüarlar səsləndirib. Şirkətin Vaşinqton nümayəndəliyi işçilərinin fikirlərini ifadə etmək hüquqlarına hörmətlə yanaşdıqlarını açıqlayıb. Xatırladaq ki, Amazon noyabr ayından bu yana 30 minə yaxın iş yerini ixtisar edib. Şirkət həmçinin, 2030-cu ilə qədər daşımalarda yüz min elektrikli nəqliyyat vasitəsini istifadə etməyi və 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına çatmağı hədəflədiyini bəyan edib.

Teqlər:

"ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara ekologiyaya dəymiş ziyana görə etiraz edib"

Əlaqəli Xəbərlər