Menyu

Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı

Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
1 dəq oxu

Kiyevdə və Ukraynanın bir çox bölgələrində hava hücumundan xəbərdarlıq elan olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Şəhərdə silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiə vasitələri işləyir. Sığınacaqlarda olun!" - deyə məlumatda qeyd edilib. Eyni zamanda, Kiyevin Desnyanski rayonunda şəhər poliklinikalarından birinə ziyan dəyib, Dneprovskidə dağıntılar olub. Gecə Xarkovda da partlayış səsləri eşidilib.

Əlaqəli Xəbərlər