"Sevilya" Avropa Liqasının qalibi oldu
Əziz Əzizli
Bu gün Avropa Liqasında 2022/2023 mövsümünün qalibi məlum olub.
"Operativ Media" xəbər verir ki, Macarıstanda "Puşkaş Arena"da baş tutan final görüşündə İtaliyanın "Roma" və İspaniyanın "Sevilya" komandaları üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçəylə başa çatıb. Bundan sonra əsas vaxta hərəsi 15 dəqiqə olmaqla iki hissə artırılıb. Əlavə vaxtda da komandalar fərqlənə bilmədiyi üçün, qalib penaltilər seriyasında bilinib. Penaltilərdə qalib gələn "Sevilya" 2022-2023 mövsümündə Avropa Liqasının qalibi olub. Komanda 7-ci dəfə bu turnirin qalibi olur.
Avropa Liqası
Final
31 may
23:00 Sevilya (İspaniya) - Roma (İtaliya) - 1:1
Qollar: Mancini, 55 (a/q) - Dibala, 35
Penaltilər: 4:1
Baş hakim: Entoni Teylor (İngiltərə)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net