Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO

Əziz Əzizli
Xoze Mourinyo gümüş medalını azarkeşə verdi - VİDEO

Dünən baş tutan Avropa Liqası finalında "Sevilya" klubu "Roma" klubunu məğlub edərək çempion oldu.

"Operativ Media" xəbər verir ki, "Roma"nın portuqaliyalı baş məşqçisi Xoze Mourinyo mükafatlandırma mərasimindən sonra qəribə addım atıb. Belə ki, o, ona verilən gümüş medalı balaca "Roma" azarkeşinə verib.

Qeyd edək ki, Mourinyo ilk dəfə  Avropa turnirlərinin final oyununda  məğlub oldu.

Digər xəbərlər