http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı reyestrdə qeydiyyatdan keçmək tələbləri müəyyən edilir

01 İyun 2023 , 11:18
Nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı reyestrdə qeydiyyatdan keçmək tələbləri müəyyən edilir

Azərbaycanda nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı reyestrdə qeydiyyatdan keçmək tələbləri müəyyən edilir.

"Operativ Media" -nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunur:

vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;

nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafıq ərazilərə malik olmaq;

nəqliyyat vasitələrinin, о cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;

təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktiarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;

nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, о cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;

nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu