Azəbaycan ordusu yeni müasir silah və hərbi texnika alacaq

admin
Azəbaycan ordusu yeni müasir silah və hərbi texnika alacaq

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.

“Operativ Media” xəbər verir ki, general-polkovnik Zakir Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib. Nazir müdafiə xərclərinin artırılmasının önəmindən danışıb.

“Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.”-deyə Zakir Həsənov bildirib.

Digər xəbərlər